Bakstone

BakStone suvaqsız hörgü daşları

Suvaqsız hörgü daşları müxtəlif rəngdə, ölçüdə və formada istehsal olunur. Şirkətin təklif etdiyi məhsullar ölkə bazarında son illərdə mövqeyini möhkəmlətsə də dünya praktikasında sıxma üsulu ilə çiy kərpicin istehsalı və istehlakı Avropada, xüsusilə də Almaniyada 1880-ci illərdən istifadə olunur. “Bakstone” isə bu məhsulu Azərbaycanda məhz yerli və beynəlxalq standartları tətbiq etməklə ilk istehsal edən şirkətdir. Kərpiclər üçün xammalı şirkət öz karxanasından əldə edir. Karxanalar Qaradağ, Şamaxı, Zirə ərazisində yerləşir. 10 hektar ərazidə yerləşən zavod avtomatlaşdırma sistemi ilə işləyir. Birbaşa avtomatlaşdırılma qurulduğu üçün insan əməyindən çox az istifadə olunur. Nəticədə, bütün zavodda istehsal prosesini 8 nəfər idarə edir. “Bakstone”nun istehsal etdiyi kərpiclərin təyinatına görə ölçüləri dəyişir. 6 fərqli formada istehsal aparılır. Bu məhsullar təyinatına görə cöl və iç (arakəsmə) divarlar üçün istehsal olunur.

Fİzİkİ Göstərİcİlər

20x19x40 0.60azn / (0.53azn Zavod)

12x19x39 0.48azn / (0.42azn Zavod)

19x19x29 0.48azn / (0.42azn Zavod)

8x19x40 0.45azn / (0.39azn Zavod)

8x10x19 0.25azn / (0.12azn Zavod)

12x24x5.5 0.2azn / (0.22azn Zavod)

Universallıq

Həm fasad, həm də arakəsmə divarlarında istifadə oluna bilər

Ekoloji cəhətdən sağlam

Bir sıra Avropa və Amerika ölkələrində bu Bio - məhsul kimi qəbul edilir. Ekoloji cəhətdən təmiz və sağlam tərkibə malik olmaqla radioaktivliyinin də normadan qat-qat aşağı olması onun keyfiyyətini daha da yüksəldir

Termo-qoruyucu

İstidən və soyuqdan qorunmada güclü izolyasiya rolu oynayır

Səs-keçİrmİr

Çöl divarda, yaxud arakəsmədə istifadə olunduğu zaman xaricdən, yaxud digər otaqdan gələn səslərin qismən boğulmasını təmin edir

Estetİk görünüş

Görkəm tələb olunan divarlarda lazımi effekti verir

Qənaət

“Bakstone” daşlarının üzləri tam hamar olduğu üçün digər materiallardan fərqli olaraq iki qat suvaqdan azaddır (üz və astar).

Bakstone hörgü daşlarının digər hörgü daşlarından arakəsmə divar hörgüsü zamanı qiymət fərqinin riyazi qrafiki Bakstone Adi kərpiç Mişar daşı
40x8x19 19x8x19 39x18x17
1m2 Say (əd) 12.5 27.7 14.24
1 əd. qiyməti (AZN) 0.37 0.19 0.35
Cəmi (AZN) 4.62 5.26 4.98
Hörgü materialları: qum, sement (AZN) 0.90 0.90 1.20
Hörgü iş haqqı (AZN) 3.00 3.00 3.00
Suvağ materialları, iki üzü: qum, sement (AZN) 0.00 2.40 3.70
Suvağ iş haqqı, iki üzü (AZN) 0.00 6.00 6.00
Hər 1m2 üçün cəmi xərc (AZN) 8.52 17.56 18.88