Partnyorlar
“Bakstone” dünyada və ölkədə böyük və öz adında brendə çevrilən şirkətlərlə əməkdaşlıq edir. Fəaliyyəti dövründə bir çox şirkətlərlə işbirliyi artıq dost-tərəfdaş münasibətlərinə çevrilib. Bu sıradan qonşu və qardaş Türkiyə başda olmaqla, Avropa tikinti şirkətləri ilə dost-tərəfdaşlıq mövqeyindədir. Məşhur brendlərin Azərbaycandakı distribütorları ilə əməkdaşlıq isə üstünlük təşkil edir. Bununla yanaşı, ölkəmizdə distribütorları olmayan şirkətlərlə isə birbaşa əməkdaşlıq edir. Şirkətin 10-dan çox bu cür tərəfdaşı var. Məşhur brendlər də “Bakstone” ilə əməkdaşlıq etməyə maraqlıdır. Birgə əməkdaşlıq “Bakstone”na işini gözəl təhvil verməsi, qarşı tərəfin isə məhsulunun etibarlı əllərdə olması deməkdir. Şirkət yalnız ən məşhur, öz işlərində peşəkar olanlara güvənir. Buna görə də “Bakstone” keyfiyyətə zəmanət verir.