BakStone suvağsız hörgü daşları
Suvaqsız hörgü daşları müxtəlif rəngdə, ölçüdə və formada istehsal olunur. Şirkətin təklif etdiyi məhsullar ölkə bazarında son illərdə mövqeyini möhkəmlətsə də dünya praktikasında sıxma üsulu ilə çiy kərpicin istehsalı və istehlakı Avropada, xüsusilə də Almaniyada 1880-ci illərdən istifadə olunur. “Bakstone” isə bu məhsulu Azərbaycanda məhz yerli və beynəlxalq standartları tətbiq etməklə ilk istehsal edən şirkətdir. Kərpiclər üçün xammalı şirkət öz karxanasından əldə edir. Karxanalar Qaradağ, Şamaxı, Zirə ərazisində yerləşir. 10 hektar ərazidə yerləşən zavod avtomatlaşdırma sistemi ilə işləyir. Birbaşa avtomatlaşdırılma qurulduğu üçün insan əməyindən çox az istifadə olunur. Nəticədə, bütün zavodda istehsal prosesini 8 nəfər idarə edir. “Bakstone”nun istehsal etdiyi kərpiclərin təyinatına görə ölçüləri dəyişir. 6 fərqli formada istehsal aparılır. Bu məhsullar təyinatına görə cöl və iç (arakəsmə) divarlar üçün istehsal olunur.
Fiziki göstəriciləri
Fiziki göstəricilərinə gəldikdə isə, bu tip daşlar üçün standartda (GOST 6133-99) M50 marka yetərli olduğu halda, M100 və daha artıq marka müqavimətə malikdir. -25°C ilə +60°C temperaturda fiziki xarakteristikalarında heç bir dəyişiklik (donma, çatlama, ovulma və digər) müşahidə olunmur
Universallıq - həm fasad, həm də arakəsmə divarlarında istifadə oluna bilər
Ekoloji cəhətdən sağlam - bir sıra Avropa və Amerika ölkələrində bu Bio - məhsul kimi qəbul edilir. Ekoloji cəhətdən təmiz və sağlam tərkibə malik olmaqla radioaktivliyinin də normadan qat-qat aşağı olması onun keyfiyyətini daha da yüksəldir
Termo-qoruyucu – istidən və soyuqdan qorunmada güclü izolyasiya rolu oynayır
Səs-keçirmir – çöl divarda, yaxud arakəsmədə istifadə olunduğu zaman xaricdən, yaxud digər otaqdan gələn səslərin qismən boğulmasını təmin edir
Estetik görünüş – görkəm tələb olunan divarlarda lazımi effekti verir
Qənaət – “Bakstone” daşlarının üzləri tam hamar olduğu üçün digər materiallardan fərqli olaraq iki qat suvaqdan azaddır (üz və astar).

Səs keçirməyən, nəmişliyə davamlı, kimyəvi komponentləri olmayan, ekoloji cəhətdən təmiz, enerjiyə qənaətcil, suvağa ehtiyacı olmayan, tikinti konstruksiyasını yüngülləşdirən, seysmik cəhətdən davamlı və s. üstünlükləri ilə yanaşı, vaxta qənaət və sərfəli qiyməti ilə secilən bu tikinti daşları “Bakstone”nun əsas üstünlüyünü təşkil edir. Çoxfunksiyalılığı ilə digər inşaat daşlarından əsaslı şəkildə fərqlənir. Bu tipli daşlar (bloklar) tikintidə geniş istifadə olunan digər daş, blok və kərpiclərdən fərqli olaraq, eyni anda bir neçə üstün xüsusiyyəti özündə birləşdirir. “Bakstone” divar daşlarının digərlərindən əsaslı fərqi ilk növbədə qənaətcil material hesab olunmasıdır. Tərkib cəhətdən təbii daşlardan fərqlənmir. İzolyasiyalı daşlara boyanı birbaşa vurmaq mümkündür. Çəkisi mişar daşından 50%-ə qədər az olduğu üçün (maksimum 12 kq) tikilinin özülünə düşən yük 2 dəfə azalır. Ümumi konstruksiyanın cəkisi azalır və nəticədə, tikintinin seysmik davamlılığı artmış olur.
Bakstone hörgü daşlarının digər hörgü daşlarından arakəsmə divar hörgüsü zamanı qiymət fərqinin riyazi qrafikiBakstoneAdi kərpiçMişar daşı
40x8x1919x8x1939x18x17
1m2Say (əd)12.527.714.24
1 əd. qiyməti (AZN)0.370.190.35
Cəmi (AZN)4.625.264.98
Hörgü materialları: qum, sement (AZN)0.900.901.20
Hörgü iş haqqı (AZN)3.003.003.00
Suvağ materialları, iki üzü: qum, sement (AZN)0.002.403.70
Suvağ iş haqqı, iki üzü (AZN)0.006.006.00
Hər 1m2 üçün cəmi xərc (AZN)8.5217.5618.88