"Bakstone Construction" artıq 16 ildir ki inşaat sektorunda inamla irəliləyir. "Bakstone Construction" şirkətinin əsas fəaliyyət sahəsi fərdi yaşayış əraziləri daxil olmaqla, iri obyektlərin və dövlət-strateji obyektlərinin təmir-tikinti işlərindən ibarətdir. Kollektivimiz təcrübəli mütəxəssislərdən, işinin əsl ustadları olan mühəndis, dizayner, memar, mexanik, elektrik, santexnik, smetaçı və digərlərindən ibarət olaraq tikinti prosesinin tam peşəkarcasına aparılması və təhvil verilməsi üçün ilə əminliklə çalışır.