2022-ci ilin rəng trendləri

"Pantone" brendindən "Very Peri" rəngi


Hər il dünya şöhrətli koloristlər və şirkətlər indiki zamanı ən yaxşı şəkildə əks etdirən çalarları seçmək üçün rəng trendi anlayışları və siyahıları arasından seçim edirlər. İlin rəngi üçün seçdikləri bu çalarlar isə bütün dünyada məhsul, texnologiya, interyer dizaynı, dəb və incəsənət trendlərini formalaşdırır.

Pantone və Benjamin Moore tərəfindən açıqlanan 2022-ci ilin rəngləri bunlardır.

Pantone Rəng İnstitutu bu il öz siyahısından bir rəng seçmədi, əvəzinə o, "Very Peri" adlı yeni bir rəng tonu yaratdı.

Bencamin Murdan "October Mist" rəngi


Bencamin Murun 2022-ci il üçün rəng seçimi olan "October Mist" (1495) rəngi yumşaq və gümüşü yaşıl olaraq bilinir. Bu əsrarəngiz ton çiçək sapının solğun yaşıl rəngini təmsil edir və 2022-ci ilin rəng tendensiyalarının daha geniş palitrasının əsasını təşkil edir. "October Mist" çaları rənglərin bənzərsiz harmoniyasını əks etdirir.

Monoxrom palitraya istilik və dərinlik əlavə etmək üçün "October Mist" rənginin yumşaq tonunu tünd tonla birləşdirə bilərsiniz. Canlı bir görünüş yaratmaq istəyirsinizsə, bunun üçün buzlu mavi-yaşıl və ya mürəkkəb mavi-qara çalarlarıyla birləşdirərək fərqli bir ton da əldə edə bilərsiniz.