Landşaft

Zümrüd layihəsinin landşaft dizaynı

Digər layihələr

Landşaft dizaynı ətraf mühitdəki təbii və mədəni elementlərin bağlara, yaşayış məntəqələrinə və şəhər həyatına estetik və funksional düzülüşüdür. Landşaftın məqsədi iqtisadi və estetik baxımdan gözəl və məhsuldar yaşayış sahəsi təmin etməkdir.

Bir yerdə abadlıq, landşaft dizaynı işləri aparılarkən abadlıq planı yaradılır və bu plana uyğun hərəkət edilir. Landşaft dizaynı üçün planlaşdırma zamanı mövcud imkanlar və resurslar, vizual vəziyyət, ətraf mühit şəraiti təhlil edilir və ən uyğun olanları tətbiq edilir.

Bakstone construction öz mütəxəssis qrupu ilə küçə, ev və plaza bağçalarında və digər vizual sahələrində abadlıq, landşaft dizaynı işləri aparır, günəşli və kölgəli ərazilər müəyyən edilir, ətraflı hazırlıqlardan sonra uyğun bitki və çiçəklər seçilərək əkilir. Landşaft işlərində estetikanın vazkeçilməz elementləri olan mütənasiblik, simmetriya və vizuallıq həmişə nəzərə alınır.