Layihələrimiz imzamızdır...

MİSSİYAMIZ

“Bakstone Construction” şirkəti “Layihələrimiz imzamızdır!” şüarına sadiq qalaraq, eyni zamanda keyfiyyətə və etibarlılıq anlayışına əsaslanaraq öz fəaliyyətinə 2014-cü ildə başlamışdır.

10 ilə yaxın nəhəng təcrübəyə və 100-ə yaxın peşəkar işçi heyətinə sahib olan “Bakstone Construction” şirkəti nəinki təmir-tikinti, həmçinin, daxilində yerləşən xüsusi dizayn studiyası sayəsində layihələndirmə, landşaft dizayn, interyer dizayn sahələrində də A-dan Z-yə sizin əsl köməkçinizə çevriləcəkdir. Məhz bu səbəbdən də, təmirdə 5 ilədək, ümumilikdə, gördüyü işlərə isə 55 ilədək tam zəmanət verir!

“Bakstone Construction” istənilən irad və təkliflərə açıq olduğundan, sakinlərin həyat rifahının yaxşılaşdırılması məqsədilə bu istiqamətdə həlledici və innovativ addımlar atmağa davam edir. Bunun əsasında da, təmir-tikinti prosesinə baş usta, sahə rəisi və baş mühəndis tərəfindən - 3 mərhələli nəzarət üsulunu tətbiq etməklə, proses zamanı yarana biləcək istənilən çətinliyi aradan qaldırmağa fokuslanmışdır.

SATIŞ ŞƏRTLƏRİ

Şirkətimiz evlərin yüksək keyfiyyətli tikintisini həyata keçirməklə yanaşı, onların həm hissəli ödəniş, həm də ipoteka şərtləriylə ödəniş üsulunu sifarişçinin şəxsi seçiminə buraxmışdır.

Azərbaycanda ilk dəfə tikintisinə hələ başlanılmamış evə Azərbaycan Beynəlxalq Bankının (ABB) rəsmi tərəfdaşlığı ilə 9%-dən 15 ilədək ipoteka imkanı yaradır! Həmçinin, sifarişçiyə ABB tərəfindən rəsmi olaraq imzalanmış zəmanət məktubu da təqdim edilə bilər.

Qeyd edək ki, həm tikintidə, həm də təmirdə daxili kredit sistemi mövcuddur. İlkin ödəniş zamanı sifarişçi ümumi məbləğin 25%-i ödənilməsi şərtilə, yerdə qalan qalıq hissəni 36 və ya 60 ayadək ödəyə bilir.

YEKUN

Rəsmi müqavilə bağlandıqdan dərhal sonra, növbə gözləmədən - 24 saat ərzində birbaşa prosesə start verilir. Sifarişçi tikintinin gedişatını izləmək üçün əraziyə yerləşdirdiyimiz kameralar vasitəsiylə 7/24 onlayn müşahidə etmə imkanına da sahib olur.

Sizin öhdəliyinizə düşən isə cəmi iki addım atmaqdır – müraciət etmək və müqavilə imzalamaq.

Yekun olaraq, təmir-tikinti prosesində heç bir stress yaşamadan açarı alıb evinizə köçürsünüz.

BİZ SİZƏ İNQİLAB TƏKLİF EDİRİK!

Həmçinin təklif edirik.

Sizə zəng edək