Bu gün insanlar ətraf mühitə daha çox diqqət yetirməyə başlayıb. Məhz bu səbəbdən, “mamırdan eko-qraffiti” ideyasının zəhərli boya əvəzedicisi kimi əsl kəşfə çevrilməsi və ictimaiyyət tərəfindən həvəslə qarşılanması onun populyarlığının artmasına səbəb oldu.
Zaman keçdikcə müasir küçə rəssamları küçə sənətinin təkcə vizual olaraq deyil, həm də ekoloji cəhətdən gözəl ola biləcəyini vurğulamağa başladı. Eko-qraffiti zəhərli və zərərli boya ilə deyil, adi mamırdan hazırlandığı üçün ekoloji tərəfdən də problem yaratmırdı. Beləliklə, bəşəriyyət və təbiət arasındakı əbədiyyəti əks etdirməyi hədəfləyən dizayner Edina Tokodi bu sənət növünün başlanğıcını qoydu.
Yosun qraffiti və ya eko-qraffiti betonla əhatə olunmuş küçələrin müqavimətini qırmaq üçün ərsəyə gətirilmiş bir sənət forması idi və belə gözəl bir şeyi ərsəyə gətirmək elə də asan deyildi. Ancaq hasarları, divarları və s. rəngləndirmək üçün eko-qraffiti mükəmməl bir üsula çevrildi.
Britaniyalı rəssam Anna Qarfort isə təkcə qraffiti deyil, həm də ətraf mühitə qayğının vacibliyini xatırladan nəhəng və qeyri-adi installyasiyalar yaratmağa başladı. Qəzet kağızından fiqurlar, tökülmüş yarpaqlar və jurnal kağızı ilə bəzədilmiş divarlar onun diqqət çəkməyi bacaran ən məşhur sənət əsərlərindəndir. Rəssam vizual dizaynı çox sevdiyi üçün daim yeni fikirlər axtarışında idi. Elə buna görə də şəhər görkəmini canlandıracaq qeyri-adi naxışların və dizaynların yaradılması müəllifin birbaşa maraq dairəsində idi.
Bu kimi divarların quraşdırılması bahalı olsa da, onlara qulluq etmək asandır (xüsusən də mamır əvəzinə şibyələrdən istifadə edərlərsə). Qapalı rütubəti qoruduğunuz və günəşdən uzaq tutduğunuz müddətcə onları suvarmağa ehtiyacınız olmayacaq.