Preriya məktəbi (Prairie School) və ya preriya üslubu XIX əsrin sonu XX əsrin əvvəlində əsasən Qərbi ABŞ-da geniş yayılmış memarlıq cərəyanıdır.
Burada üfüqi xətlərdən, yastı damlardan, önə çıxan geniş karnizlərdən istifadə edilir.
Cərəyanın banisi Luis Sallivan hesab edilsə də, ən tanınmış nümayəndəsi Frenk Lloyd Raytdır.
Lloydun əsas məqsədi binaları peyzaja uyğun tərtib etmək olub. Ona görə çöllərin genişliyi binaların vertikal istiqamətdə deyil, eninə tərtib edilməsinə səbəb olub. Hətta iki mərtəbədən hündür binalar da torpağa yaxın inşa edilir.
Lloyd minimalizmdən təsirlənərək tikililərə lakoniklik, xətlilik gətirib. Bu cür evlər sanki ayrı-ayrı “qutular”dan yığılıb. Geniş terraslar bu üslubun vacib atributlarındandır.
Daxili layihəndirmədə otaqların sayı az olur, ümumi məkan geniş saxlanılır. Geniş panoram pəncərələr quraşdırılır.
Qəhvəyi, boz rəngin çalarları üstünlük təşkil edir.