Bir növ rasionallığa meydan oxuyan bu cərəyan XX əsrin 70-ci illərində yayılmağa başlayıb. Art-deko kimi postmodernizm də bohema və yaradıcı elitanın tərzidir.
Bu cür interyerlərdə əsas məsələ fantaziyaya yer vermək və məkana yaradıcı yanaşmaqdır. Çünki postmodernizm maraqsız hər şeyə yaradıcı üsyan deməkdir.
Ən tanınmış nümunələri:
AT&T office New York
Piazza d'Italia (New Orleans)
Pennsylvania Avenue
Yeni bir şey yaradılmır, köhnə emal olunur. Parlaq rənglər, bir-birinə zidd teksturalar və fakturalardan istifadə edilir.
Funksional təyinata zidd əşyalara yer verilir: boş çərçivələr, əyri kitab rəgləri, şəffaf stellar, çoxmərtəbəli jurnal stolları, açıq şkaflar, arxalıqsız divanlar, bir sözlə, qeyri-standart formalar, fərqli qərarlar, vərdiş edilməyən və məntiqsiz dekorlar.