Qara rəng - Aristokratiya simvolu


Qara rəng ev dekorasiyasında seçim etmək üçün ən cəsarətli variantlardan biridir. Həmçinin, dəbdəbə və aristokratiya simvolu olduğu üçün evinizi daha dəbli göstərəcəkdir.

Qara rəng istənilən rənglə birləşdirilə bilər, lakin qara rəngin özü çox vaxt pessimist, sönük rəng hesab olunur və tünd rəng kimi ümumi əhvalınıza da təsir edə bilir. Ona görə də onu evinizdə düzgün üsullarla istifadə etmək çox vacibdir.

Müxtəlif interyer dizayn üslublarında dekor üçün qara rəngin istifadəsinə dair müxtəlif yanaşmalar var. Belə ki, yataq otağınızın dizaynında qara rəngdən istifadə etməyi düşünə bilərsiniz, çünki qaranlıqda daha yaxşı yatdığımız heç kimə sirr deyil.


Qara və qızılı rənglərin qarışığı zənginliyi və prestiji vurğulayır. Məxmər, mərmər və daş kimi xüsusi materiallarda istifadə edildiyində isə zərif dizayn yaratmağa kömək edəcəkdir.

Zəngin bir görünüş əldə etmək üçün qara rənglə qarışdıra biləcəyiniz digər möhtəşəm rənglər isə bənövşəyi, zümrüd və yaqut kimi qiymətli daşların rəngləri olacaqdır. Bu cür kombinasiyalar tez-tez yeni barokko üslubunda istifadə olunur.

Qara və ağ rəng kontrast olaraq, klassik dekorasiyalarda istifadə olunur. Bu kontrasta bəzi parlaq rəng vurğuların əlavə edilməsi onda daha müsbət bir atmosfer yaradacaqdır.


Qara rəng böyük bir vanna otağında gözəl görüntü yaratsa da, müasir minimalist üslubda dizayn edildiyi zaman daha dəbli bir görüntü əldə edə bilərsiniz. Nəinki, vanna otağında, həmçinin, mətbəxdə də qeyri-adi görünüş yarada bilərsiniz.

Qara mətbəxdə əsas rəng kimi deyil, mebel və üzlüklərdə vurğu kimi istifadə olunmalıdır. Tutqun ağac teksturalı mətbəx şkafları mətbəx dizaynınızda zərif görünüş əldə etməyiniz üçün sizə kömək edəcəkdir.

Saf qara rəng istifadə edərkən parlaq səthlərə və teksturalı materiallara üstünlük verilir.