Az bilinən 10 memarlıq möcüzəsi

Memarlığın mistik toxunuşları


Dünyada hər kəs tərəfindən bilinən möhtəşəm memarlıq möcüzələri haqqında hamımız məlumat sahibiyik - Petra, Giza, Angkor və s. Bəs o hər yerdə rast gəlinən, ancaq haqqında çox danışılmayan "gizli daşlar" barəsində nə demək olar? Bu gün sizə az bilinən 10 memarlıq möcüzəsini təqdim edəcəyik.

Göbəkli Təpə (Türkiyə)


Qədim türk şəhəri Urfadan 6 mil aralıda yerləşən Göbəkli Təpə abidəsi hələ metal alətlər və saxsı qabların olmadığı tarixdən var və burada 11.000 illik nəhəng oyma daşlardan istifadə edilib.

1960-cı illərdə kəşf edilən və daha sonra alman arxeoloqu Klaus Şmidt tərəfindən qazılan ərazi Stounhencdən təxminən 6000 il əvvələ aiddir.

Mürəkkəb oyma quruluşu və mühəndislik strukturuna baxsaq, Göbəkli Təpə sadə mağara adamlarının işi deyildi və hələ də sirri açılmayan abidələr siyahısındadır.

Hal-Saflieni Hypogeum Katakombası (Malta)


Hypogeum eramızdan əvvəl 3300-3000-ci illərə aid olan yeraltı quruluşdur. Əvvəlcə ziyarətgah olduğu düşünülürdü, tarixdən əvvəlki dövrlərdə isə otaqlarında 7000-dən çox insanın tapıldığı bir nekropol oldu.

Hypogeum haqqında maraqlı olan odur ki, kişi səsləri bütün kompleksdə əks-səda versə də (yalnız səs 95-120 Hz diapazonunda olduqda işləyir), qadınların səsləri adətən eyni şəkildə əks-səda vermir.

Buxara qalası (Özbəkistan)


“Gəmi” kimi tanınan Buxara qalası ilk olaraq eramızın 5-ci əsrində tikilib və eyni vaxtda da işğal edilib. O, təkcə hərbi struktur kimi deyil, həm də Buxaranı əhatə edən bölgədə hökmranlıq edən müxtəlif kral məhkəmələrinin yerləşdiyi “şəhər daxilində şəhər” kimi də xidmət göstərirdi. Qala 1920-ci ildə Rusiyanın əlinə keçənə qədər işğal altında qaldı.

Leşanda Budda heykəli (Çin)


233 fut hündürlüyündə olan bu nəhəng Leşanda Budda heykəli ortalama bir insan bədənindən daha uzundur. Təxminən 713-cü ildə Tan sülaləsi dövründə tikilmiş heykəl Siçuan əyalətinin cənub hissəsində Minjiang, Dadu və Qingyi çaylarının qovuşduğu yerdə uçurumun içində oyulmuşdur.

Bu, müasir dövrdən əvvəl dünyanın ən hündür heykəlidir.

Çand Bauri (Hindistan)


Caypurdan təxminən 100 km aralıqda, Aqra yolunda yerləşən bu inanılmaz "stepwell"lər eramızdan əvvəl təxminən 800-cü ildə Nikumbha sülaləsinin kralı Çanda tərəfindən tikilmişdir.

O, 13 mərtəbədən və 3500 dar addımdan ibarətdir. Yer səthindən təxminən 100 fut uzunluqda olan Çand Bauri Hindistanın ən dərin və ən böyük pilləkənlərindən sayılır. Tamamlandıqdan sonra Sevinc və Xoşbəxtlik ilahəsi sayılan Haşat Mata ithaf edildiyi bildirilir.

Çan-Çan (Peru)


Çan-Çan Perunun La Libertad bölgəsindəki arxeoloji ərazidir. Təxminən 1300-cü ildə inşa edilmişdir. 20 kvadrat kilometr ərazini əhatə etməsi onu dünyanın ən böyük kərpiç şəhərinə çevirir.

Çimu imperiyasının zirvəsində yerləşən şəhərin 10 qalasında təxminən 60 000 sakin yaşayırdı və orada çoxlu qızıl, gümüş və keramika sərvəti vardı.

Dərəvər qalası (Pakistan)


Pakistanın Pəncab bölgəsindəki Çolistan səhrasından qalxan Dərəvər nəhəng kvadrat formasında düzülmüş 40 heyrətamiz qaladan ibarətdir. Divarların ətrafı 1500 metr, hündürlüyü isə 30 metrə çatır.

Böyük Cənnə Məscidi (Mali)


1907-ci ildə inşa edilən Böyük Cənnə Məscidi dünyanın ən böyük çiy kərpic binasıdır. Bu həmçinin, Afrikanın ən böyük görməli yerlərindən biridir, lakin dünyada daha az tanınır.

Las Pozas (Meksika)


Meksikanın Xilitla kəndi yaxınlığında yerləşən Las Pozas bir sıra şəlalələrin yanında tikilmiş sürreal, lakin heyrətamiz məbədlər, paqodalar, körpülər, pavilyonlar, heykəllər və pilləkənlər seriyasıdır.

1960-cı illərdə İngilis şairi Edvard Ceymsin sifarişi ilə bu ərazi Eden bağının özünəməxsus versiyası kimi tikilib. Tikinti 5 milyon dollardan çox başa gəldi, Ceyms isə bu pulu sürrealist sənət kolleksiyasının hərracındaykən maliyyələşdirməyi bacardı.

Bibi Ka Məqbərəsi (Hindistan)


Xeyr, bu Tac Mahal deyil. Oxşarlıq var, lakin Tac Mahalı tikən imperatorun oğlu olan 6-cı Muğal İmperatoru Aurangzeb tərəfindən tikildiyi düşünülür.

17-ci əsrin sonlarında istifadəyə verilmiş Bibi Ka Maqbara Aurangzebin birinci arvadı Dilras Banu Begumun xatirəsinə tikilmişdir. Heyf ki, həmişə anası üçün tikilmiş məqbərənin kölgəsində qalacaq.