Memarlıqda biomorfizm əsintiləri

Biomorfizmin tarixi


Müasir incəsənət kontekstində bu termin 1935-ci ildə ingilis yazıçısı Cefri Qriqson tərəfindən irəli sürülüb və daha sonra Alfred H. Barr tərəfindən 1936-cı ildə "Kubizm və Abstrakt İncəsənət" sərgisi kontekstində istifadə edilib. Biomorfist sənət təbii həyatın gücünə diqqət yetirir. Biomorfizmin sürrealizm və Art Nouveau ilə birbaşa əlaqəsi də var.

"Tate Gallery"nin "Biomorfik forma" ilə bağlı onlayn lüğət məqaləsində deyilir ki, bu formalar mücərrəd olsalar da, onlar “canlı formaları görür və ya oyadır...”. Məqalədə Joan Miro, Jean Arp, Henry Moore və Barbara Hepworth əsərləri biomorfik formanın istifadəsini təcəssüm etdirən rəssamların nümunələri kimi sadalanır.

Memarlıqda biomorfizm


Barselonada Antoni Qaudinin yaratdığı "Sagrada Familia" kilsəsi ağacları əks etdirmək üçün nəzərdə tutulmuş "budaqlanan sütunlar" kimi təbiətdən ilham alan bir çox xüsusiyyətləri özündə ehtiva edir.

Memarlıqda biomorfizmin digər tanınmış nümunələri arasında Fariborz Sahbanın Yeni Dehlidə nilufər çiçəyinə əsaslanaraq yaratdığı "Lotus" məbədini də göstərmək olar.

Sənaye dizaynında biomorfizm


Viktor Papanek (1923-1999) dizayn tapşırıqlarında biomorfik analizdən istifadə edən ilk Amerika sənaye dizaynerlərindən biri idi. 1964-1970-ci illərdə Purdue Universitetində olarkən beynəlxalq dərəcədə şöhrət qazandı. Onun tələbə işi 1970-ci ildə nəşr olunan "Design For The Real World" kitabında təsvir edilmişdir. O, ilk dəfə 1970-ci ildə Bonnier tərəfindən isveçcə, 1971-ci ildə Panteon tərəfindən ingiliscə nəşr edilmiş və sonda da 23 dilə tərcümə edilərək nəşr edilmişdir. Dizayn mövzusunda bəlkə də ən çox oxunan kitabdır.