Ardeko tərzində interyer dizayn

Detalları ilə ardeko tərzi


Fransız mənşəli "Ardeko" sənət cərəyanı 1920-ci illərdən 2022-ci ilə qədər davam etməkdədir.

Ardeko tərzinə əsasən siz incə ofortlar, gözoxşayan plakatlar, sənət əsərləri, əl işləri və əlbəttə ki, sevimli fotoşəkillərinizlə otağınızın əhval-ruhiyyəsini qaldıra bilərsiniz.

Yaradıcı olun, çünki bunu siz özünüz də bacara bilərsiniz. Mebellərlə və ya foto çərçivələrlə divarlarınızı sənət əsərinə çevirə bilərsiniz.

Məşhur sənət əsərlərinin münasib qiymətə təqlidlərini alaraq öz evinizi gözəçarpan dərəcədə dəyişə bilərsiniz.

Fərqləndirici xüsusiyyətləri


Bu üslubun fərqləndirici xüsusiyyətləri sadə, təmiz formalar, çox vaxt "rahatlaşdırılmış" bir görünüşə malik olmasıdır. Həndəsi və ya təsvir formalardan stilizə edilmiş ornamentlərlə də ardeko tərzini öz evinizdə adaptasiya edə bilərsiniz. Ardeko tərzində eviniz varsa, nisbi sadəliyi, planarlığı, simmetriya və əksər elementlərin dəyişməz təkrarlanmasıyla qonaqlarınızın gözündə heyranlıqla qarşılanacaqdır.