Postmodernizm


Bir növ rasionallığa meydan oxuyan bu cərəyan XX əsrin 70-ci illərində yayılmağa başlayıb. Art-deko kimi postmodernizm də bohema və yaradıcı elitanın tərzidir.

Bu cür interyerlərdə əsas məsələ fantaziyaya yer vermək və məkana yaradıcı yanaşmaqdır. Çünki postmodernizm maraqsız hər şeyə yaradıcı üsyan deməkdir.

Ən tanınmış nümunələri:

  • “AT&T” şirkətinin 1978-ci ildə Nyu York şəhərində inşa edilən ofis binası;

AT&T office New York

  • Nyu Orleanda yerləşən İtaliya meydanı

Piazza d'Italia (New Orleans)

  • Kapitoli və Ağ Evin binalarını birləşdirən Pensilvaniya küçəsi

Pennsylvania Avenue

Yeni bir şey yaradılmır, köhnə emal olunur. Parlaq rənglər, bir-birinə zidd teksturalar və fakturalardan istifadə edilir.

Funksional təyinata zidd əşyalara yer verilir: boş çərçivələr, əyri kitab rəgləri, şəffaf stellar, çoxmərtəbəli jurnal stolları, açıq şkaflar, arxalıqsız divanlar, bir sözlə, qeyri-standart formalar, fərqli qərarlar, vərdiş edilməyən və məntiqsiz dekorlar.