Qəribə dizaynı ilə fərqlənən 10 ev


3D günəş saatı kimi dizayn edilən bu bio-iqlim evi günəşin hərəkətlərinə uyğun olaraq sabit bucaq altında qurulub. Beləliklə, yay aylarında kölgə verən ev bu aylarda belə sərin olur. Eləcə də qış və yaz aylarında bucağından asılı olaraq evi lazımi temperaturda saxlayır.


73 yaşlı podratçı Bohumil Lhota Çexiyada 1981-ci ildə başlatdığı və 2002-ci ildə tamamladığı evini istədiyi pəncərə istiqamətinə görə dəyişə bilər.


Hollandiyanın Rotterdam şəhərində yerləşən bu sarı kub evlər 1980-ci illərdə memar Piet Blom tərəfindən layihələndirilib.


Çinin Pekin şəhərindəki bu penthausun sahibi qanunsuz olaraq “göydələn bağçası” tikdirmişdi. Lakin qonşuların şikayəti və hökumətin müdaxiləsi nəticəsində bağ işçilər tərəfindən sökülmüşdü.


Cənubi Koreyada “Haewoojae” adlanan bu bina tualet üçün nəzərdə tutulmuşdu.


Honq-Konqdakı kiçik binalarda böyüyən memar Qari Çanq öz evinin layihəsini hazırlayarkən “daha ​​elastik” bir ev dizayn etmək istəyib. O, 32 kvadrat-metrlik evinin sürgülü qapılarını dəyişdirilə bilən formada dizayn edib.


Bir neçə il əvvəl Çinin Dongguan şəhərində yerləşən fabrik binasının üstündə yaşayış evləri tikilmişdi. Yerli mətbuatın yazdığına görə, hökumət 2 il əvvəl tikintisi başa çatan evləri qanuni hesab etmədiyini bildirsə də, hələ də dəqiq bir nəticə yoxdur.


Varşavada iki bina arasında tikilmiş bu ev dünyanın ən dar evlərindən sayılır.


Bu çay evi Serbiyada yerləşir və 1968-ci ildə bir qrup gənc tərəfindən sığınacaq kimi ideal yer hesab olunurdu.


Nigeriyadakı bu hava limanı evi əslində sevgidən bəhs edən bir evdir. Səid Cammal indiki həyat yoldaşı Liza Cammalla evlənəndə hava limanlarını çox sevdiyi üçün ondan “hava limanı evi” tikməsini istəyirdi. Həyat yoldaşı da bu tələbi yerinə yetirdi.