Mənzil, yoxsa həyət evi?

Hansı daha yaxşıdır - mənzil, yoxsa həyət evi?


Bir evin məqsədyönlülüyü onun bizə qazandırdığı rahatlığına və funksionallığına söykənməlidir. Belə olan halda yeni ev sahibi olmaq istəyən hər kəsin düşündüyü bir sual var: “Həyət evi yaxşıdır, yoxsa mənzil?”

Təqribi bir rəqəm götürək. Məsələn, 200 m²-lik mənzilə alış qiyməti ilə birlikdə tam təmirli şəkildə 400 000 AZN ödənişlə sahib ola bilərsiniz.

Bəs eyni məbləğ qarşılığında - 6 sot torpağın üstündə açar təhviliylə birlikdə 390 m² tikinti sahəsinə malik həyət evinə sahib olacağınızı bilirdinizmi? Bundan əlavə, həyət evi sizə hansı üstünlükləri vəd edir? Gəlin, sadalayaq:

• Təbiətlə daim bir vəhdət şəklində olacaq, həmçinin, təmiz hava ala biləcəyiniz, səs-küysüz sağlam bir həyata qovuşacaqsınız.

• Evinizdə yarada biləcəyiniz şəxsi kinoteatr sayəsində sevdiklərinizlə birgə film gecələrindən maksimum zövq ala biləcəksiniz.

• Avtomobilinizi vaxt itirmədən park edə biləcəyiniz bir 2 yerlik qarajla aylıq xərclərdən də xilas olacaqsınız.

• İstədiyiniz bitkiləri əkib-biçə biləcək və onların qayğısına qalaraq, təbiətlə bir bütün ola biləcəksiniz.

• Dənizə getməyə ehtiyac qalmayacaq, 4x8 skimmer tipli hovuz və hovuzətrafı zonada əyləncənizi qura biləcəksiniz. Bir sözlə, dənizi evinizə gətirəcəksiniz!

• Tüstü və qoxu sizi narahat etmədən öz əllərinizlə ləziz yeməklər bişirə biləcəyiniz manqalxana və həmin yeməkləri sevdiklərinizlə birgə nuş edə biləcəyiniz terrasa sahib olacaqsınız.

• Sevimli bir ev heyvanı sahiblənmək istədiyinizdə artıq qonşularınıza görə narahat olmayacaqsınız.

Həqiqətən müstəqil evdə yaşamağı sevən insanlar üçün həyət evlərinin avantajlarını saymaqla bitməz. Əvvəla, otaqların təyinatını hər hansı bir maneə olmadan tamamilə öz istəklərinizə və zövqünüzə uyğun şəkildə dizayn edə biləcəksiniz.

Hələ də qərarsız qalmısınızsa, ofisimizə yaxınlaşaraq işinin peşəkarı olan mütəxəssislərimizlə ödənişsiz konsultasiya edə bilərsiniz. İlkin məsləhətləşmədən yekun bağlananadək sizinləyik!