8%-dən 15 ilədək ipoteka


Geridə qoyduğumuz 10 il ərzində xəyallarınızı reallaşdırmaq üçün çalışmışıq. İndi xəyallara gedən yol daha asandır. Bu səbəbdən, Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə TİKİNTİ KREDİTİNİ 8%-dən 15 ilədək artırdıq. Növbəti məhz siz ola bilərsiniz.

Tikinti sifariş əsasında, sifarişçinin şəxsi torpaq sahəsində tikilir.

Borclanana qarşı tələblər: yaş həddi minimum 20 yaş, kredit öhdəliklərinin sonuncu ödəniş tarixinə- maksimum 65 yaş.


Minimal ilkin ödəniş: Tikinti üçün müəyyən edilmiş cəmi xərclərin minimum 15%-i

Ödəniş növü: Aylıq

Təminat 1: Əlavə daşınmaz əmlakın girovu ilə ( təminatın bazar dəyərinin kreditin məbləğinə olan nisbəti minimum 120 % təşkil etməlidir).


Təminat 2: Üzərində tikinti aparılacaq torpaq sahəsinin girovu ilə

Qeyd: 1-ci təminat üzrə təminatın bazar dəyərinin kreditinin məbləğinə olan nisbəti minimum 150 % təşkil etdikdə, torpaq sahəsinin girova götürülməsi mütləq deyil (üzərində tikinti aparılacaq torpaq sahəsi yaşayış məqsədli olmalıdır). İpoteka predmeti qismində çıxış əmlak borclananın özünə və ya 1-ci dərəcəli qohumlarına məxsus olmalıdır.

BGN (borcun gəlirlərə nisbəti) əmsalı: 70% digər öhdəliklər nəzərə alınmaqla

“Bakstone Construction” üstün keyfiyyətli xidməti təmin edərək daim sizi düşünür. İlkin məsləhətləşmədən müqavilə bağlanana, tikinti başlayandan təhvilə qədər hər zaman sizinləyik!