Villa satılır - 7 otaqlı ev / villa 931 m²

Villa satılır - 7 otaqlı ev / villa 931 m²


YENİ TİKİLMİŞ SATIŞDA OLAN VİLLA (YAŞAYIŞ OLMAYIB)

  • Mərdəkan qəsəbəsində prestijli ərazidə 15 sot torpaqdan ibarət olub, tikilinin ümumi sahəsi 931 m²-dir. Rəsmi sənədli çıxarışı var, daimi su, qaz və işıqla təchiz olunmuşdur. Söhbətgah 41 m², avtodayanacaq 88 m², mühafizə evi 67 m², relax zona 16 m², su ehtiyat anbarı 10 m³, hovuz 7.2 x 9.8 m-dir.
  • Tikinti prosesində keyfiyyətli və brend materiallardan istifadə olunmuş layihənin aşağı mərtəbəsində 1 yataq otağı, ümumi sanitar qovşaq, geniş zal və mətbəx, iş otağı, camaşırxana və qazanxana, yuxarı mərtəbəsində isə 4 yataq otağı mövcuddur. Yataq otaqlarının hər biri sanitar qovşaqla əhatə olunub. Bundan əlavə, aşağı mərtəbənin tamamı uzaqdan idarə oluna bilən isti döşəməylə təchiz olunub.
  • Təhlükəsizliyi və rahatlığı təmin etmək adına ağıllı ev sistemlərindən istifadəyə üstünlük verilib. Belə ki, onlayn müşahidə vasitəsilə evinizin təhlükəsizliyinə tam nəzarət edə biləcəksiniz.
  • Layihənin xarici planlamasına nəzər salsaq, görərik ki, həyət ətrafı dekorativ ağaclarla bəzədilmiş və elektron suvarma sistemiylə təchiz olunmuşdur. İsti döşəmə sistemi quraşdırılmış yay mətbəxi, mühafizə evi, texniki otaq, bir hissəsi şüşədən ibarət olan hovuz, 10 m³-lik ehtiyat su anbarı və son olaraq, biri açıq, ikisi qapalı olmaqla, 3 maşınlıq avtodayanacaq yerləşir. Qeyd edək ki, darvaza qapısı da uzaqdan idarə oluna bilir.

Villa ilə daha yaxından tanış olmaq üçün videonu izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=GrYXIjRCL4c